Oliver Börman Haas komandasının lideri olmağa hazırdır

Gələn il Haas-da Oliver Börmanın yeni komanda yoldaşı debütant Rafael Kamara olacaq və bu, britaniyalı sürücünün komandanın lideri rolunu üzərinə götürməli olacağı anlamına gəlir. Ostində Oliver özünü yeni öhdəliklərə hazır hiss etdiyini deyib.

Oliver Börman: “Rafaellə müqavilə imzalanması komanda üçün yaxşı xəbər olub. Əlbəttə, Estebanın getməsi üzücü olub, amma bizim üçün yeni mərhələ başlayıb.

Ola bilsin, komanda daxilində mənim özüm də yeni rolu üzərimə götürməli olacağam, Rafael isə yaxşı komanda yoldaşı olacaq. Yarışlarda birgə çıxışlarımızı səbirsizliklə gözləyirəm.

Düşünürəm ki, gələn il komandanın ən təcrübəli sürücüsü mən olacağam, buna görə də məndən bolidin inkişafı ilə bağlı daha çox geribildirim və tövsiyə gözləniləcək. Bu, mənim üçün yeni çağırış olacaq, amma mən artıq hazıram. Son ilyarımda Estebandan çox şey öyrənmişəm və bu təcrübə çox faydalı olub”.