Rəsmən: Oliver Birman Formula2-də yarışacaq

Ferrari sürücü akademiyasının üzvü Oliver Birman gələn ildən etibarən Prema komandası ilə Formula2-də yarışacaq.

F-1.az bildirir ki, britaniyalı sürücü bu il Formula3-də debüt edib və bir qələbə, 8 podium qazanaraq bir debütanta görə gözəl mövsüm keçirib. O mövsümün 132 xalla üçüncü yerdə bitirib və çepiona sadəcə 7 xal uduzub. 17 yaşlı pilotun bu əziyyəti öz bəhrəsini verib və o növbəti mövsümdə Prema komandası ilə Formula2-də debüt edəcək.

Oliver Birman: “Prema ailəsi ilə bir mövsüm daha olacam və çox xoşbəxtəm. Lakin bu dəfə Formula2-də yarışacam. Formula3-dəki ilk mövsümümdən razı qalmışdım. Komanda mövsüm ərzində mənə yaxşı dəstək oldu. Qış tətilində Ferrari Sürücü akademiyası ilə birlikdə növbəti mövsümə hazırlaşacağıq.

Çətin olacaq, amma hamı çox işləyir. Növbəti mövsüm üçün səbirsizlənirəm. İndidən Əbu Dabudəki testləri və Bəhreyndəki ilk yarışı gözləyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*