Oskar Piastri beşinci daxiliyanma mühərrikinin quraşdırılmasına görə 10 yer itirəcək. Kimi Antonelli isə altıncı daxiliyanma mühərrikinin quraşdırılmasına görə 5 yer itirəcək.
Karlos Sayns beşinci turbinin quraşdırılmasına görə 10 yer itirəcək. Ləns Stroll isə doqquzuncu enerji toplayıcısı və səkkizinci idarəetmə elektronikası blokunun quraşdırılmasına görə 10 yer itirəcək.
Hazırda ən çox yer itirəcək sürücü Oliver Börmandır – 35. Haas komandasının sürücüsünə sayca beşinci daxiliyanma mühərriki, turbin, qazburaxma sistemi və MGU-K motor-generatoru quraşdırılıb.





