FİA peşəkar stüardların seçim prosesinə başlayıb və mərhələlərdə onların iştirakını tədricən artıracaq. Proqramın məqsədi 12-15 daimi stüarddan ibarət şöbəni mərhələli şəkildə formalaşdırmaqdır ki, bu da təkcə Formula1-də deyil, FİA-nın bayrağı altında keçirilən digər açıqtəkərli seriyalarda da hakimliyin peşəkarlığını artırmağa imkan verəcək.
Muhamməd Ben Sulayem: “Hakimliyə ciddi investisiya yatırılması FİA-nın avtoidmanda qərar qəbuletmənin, ədalətin və dürüstlüyün ən yüksək standartlarını təmin etmək öhdəliyini əks etdirir. Peşəkar stüardların cəlb edilməsi Formula1-də ixtisaslaşmış hakimlik sisteminin yaradılması missiyamızda mühüm addımdır, idmanımızın gələcəyinə yatırılan sərmayədir.
FİA-nın yeni Məsafədən İdarəetmə Mərkəzinin açılması və hakimlərin hazırlıq sisteminin gücləndirilməsi ilə bu yenilik ixtisas səviyyəsini artırmağa və hakimlik strukturumuzda varisliyi təmin etməyə kömək edəcək, qaydaları nəzərdən keçirmək və təkmilləşdirmək, bütün çempionatlarımızda ən yüksək standartları və qərarların qəbulunda vahidliyi təmin etmək imkanımızı gücləndirəcək”.





