Lyuis Həmilton: “Maşınımız döngələrdə sürətlidir, amma burada trasın xarakterini uzun düzlük müəyyən edir. Nə dərəcədə rəqabətədavamlı olacağımızı bilmirəm. Əlimizdən gələni edəcəyik, ümid edirəm ki, bəzi döngəlarda düzlükdə itirdiyimiz vaxtın bir hissəsini geri qazana biləcəyik. Baxarıq.
Mövsüm sona yaxınlaşır. Bu həftəsonu sınaqdan keçirə biləcəyimiz heç bir yeniliyimiz yoxdur, amma bu da maşını anlamaq baxımından vacib məqamdır. Sazlamalar üzərində işləmək, bəzi kombinasiyaları yoxlamaq lazımdır – nəyin işlədiyini, nəyin isə işləmədiyini artıq gələn mövsüm baxımından müəyyən etməliyik.
2027-ci ildə bizi böyük dəyişikliklər gözləyir, amma indi diqqəti Mühəndislər Kubokunda ikinci yeri qorumağa yönəltmək lazımdır.
Mühəndislər Kubokundakı mövqe əsas hədəfdir. İli ikinci yerdə başa vurmaq pis olmaz, baxmayaraq ki, insan həmişə birinci olmaq istəyir. Hazırda komanda üçün Mühəndislər Kubokuda ikinci yeri təmin etmək vacibdir, bu, bazadakı hər kəs, komandadakı hər bir insan üçün çox şey ifadə edir. Sonra isə, əgər hər şey alınsa, son yarışlarda sürətli olsaq, mən özüm də mövsümü sürücülərin çempionatında ilk üçlükdə başa vurmaq istərdim.
Leklerlə mübarizə? Hər ikimiz mümkün olanın sərhədlərini çox yaxşı anlayırıq. Hesab edirəm ki, Şarl əla sürücüdür, çətin ki, yenidən problemlər yaransın. Hər ikimiz başa düşürük ki, məqsədimiz komanda üçün mümkün olan maksimum nəticəni qazanmaqdır. Bununla bağlı heç bir narahatlığım yoxdur. Düşünürəm ki, onda da yoxdur”.





