L.Həmilton: Alonso bəzən limitləri aşırdı

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Alonso ilə mübarizəsi sərt olsa da, bundan həzz alıb.

F-1.az xatırladır ki, yeddiqat Dünya Çempionu Macarıstan yarışında Alonso ilə 8 dövrə mübarizə aparmış və sonda onu keçə bilmişdi. İki sürücü əksər hallarda təkər-təkərə mübarizə aparırdılar. Yarış vaxtı Həmilton bu mübarizənin sərt və təhlükəli olduğunu bildirərək, şikayət etmişdi.

Lyuis Həmilton: “Yarışa baxanda, əla mübarizə idi. Çox mükəmməl idi. Digər komandalrın da bizimlə mübarizə aparmasını istəyərdim. Görək gələn il maşınlar necə olacaq. Ümid edirəm ki, ötmələr daha san olar. Bu trasda rəqibi izləmək və ötmək çox çətindir. Xüsusən də son sektorda.

Fernando ilə təkər-təkərə mübarizələr etdim. Bu barədə çox danışmayacam. O, ikiqat Dünya Çempionudur və onunla mübarizə aparmaq çətindir. Fernando həm də ədalətli mübarizə apardı. Lakin yarışda bəzən limitləri aşırdı”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*