Ayumu İvasa birinci sərbəst yürüşdə Ferstappeni əvəz edəcək

Ayumu İvasa Mexiko Qran Prisinin ilk sərbəst yürüşlər sessiyasında Maks Ferstappenin bolidinin sükanı arxasına keçəcək.

Ayumu İvasa: “Meksikada cümə günü yenidən RB22-nin sükanı arxasına keçəcəyim üçün çox şadam. Bu trasda ardıcıl ikinci dəfə işləyəcəyəm, ötənilki təcrübə ritmə dərhal düşməyimə kömək edəcək. Digər tərəfdən, bu maşın keçənilkindən tamamilə fərqlənir – onun burada özünü necə göstərəcəyini anlamaq maraqlıdır.

Red Bull Racing-lə cümə məşqlərində qazandığım təcrübədən maksimum yararlanmağa çalışacağam. Aydındır ki, dəniz səviyyəsindən böyük hündürlük də öz rolunu oynayacaq. Mexikoda maraqlı tras, ehtiraslı azarkeşlər var. Komanda ilə birlikdə daha bir məşq sessiyası keçirmək imkanını səbirsizliklə gözləyirəm”.