Mövsüm ərzində komanda azarkeşlərə avtoidmanla bağlı ən qeyri-adi arzularını və hekayələrini bölüşməyi təklif edib. Göndərilən ideyalardan bəziləri Meksikadakı mərhələdə McLaren-in maşınlarını və bokslərini bəzəyəcək stiker-rəsmlərin əsasını təşkil edib.
McLaren Racing-in marketinq direktoru Luiza Makyuen: “McLaren azarkeşlərini komandamıza olan ortaq ehtiras birləşdirir və biz bu dizaynda məhz onların hekayələrini göstərmək istəyirik.
Azarkeşlərimizin yaradıcı yanaşmasını dünya avtoidmanının ən böyük platformalarından birində qeyd etmək üçün ayrı-ayrı ideyaları vahid dizaynda birləşdirmişik”.





