J.Vilnöv: Rikkardonun dövrü bitib

Formula1 üzrə sabiq Dünya Çempionu Jak Vilnöv düşünür ki, Daniel Rikkardonun McLarendəki dövrü başa çatıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü McLaren-ə keçəndən sonra gözləntiləri qarşılamır. O, Britaniya komandasına uyğunlaşmaqda çətinlik çəkir və komanda yoldaşı Norrisə aşkar şəkildə uduzur. McLaren-in rəhbəri Zek Braun da Rikkardonun performansından narazıdır.

Jak Vilnöv: “Danielin McLaren-dəki vaxtı dolub. Komandanın rəhbəri Zek Braun da bildirib ki, onun müqaviləsində xitam barədə maddələr var. Bu da onu göstərir ki, komanda qərar verib. Bununla pilota təzyiq göstərməl istəyirlər. Nəticədə Daniel komandaya baha başa gəlib. Buna baxmayaraq, xal qazana bilmir. Tempi yoxdur. Yəni ki, komandaya baha başa gəlir. Rikkardo evdə divanda otursa və maşını başqası sürsə, McLaren-in daha az xərci çıxar. Ağır olsa da, reallıq budur”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*