Esteban Okon hər kəsə göstərilən dəstəyə görə təşəkkür edib

Haas-dan Mexiko həftəsonu ərzində ayrılan Esteban Okon müqaviləsiz qalıb. Fransalı sürücü gələcək planları barədə hələlik heç nə deməyib, lakin ötən həftə rəsmi açıqlama yayıb, bu gün isə həmkarlarına və dostlarına dəstəyə görə təşəkkür edib…

“Hamıya salam! Bütün mesajlarınıza görə sizə ürəkdən təşəkkür etmək istəyirəm. Dəstəyiniz mənim üçün çox şey ifadə edir. Mənimlə əlaqə saxlamağa vaxt tapan azarkeşlərə, həmkarlarıma, o cümlədən keçmiş həmkarlarıma səmimi qəlbdən minnətdaram.

Bu idmana sevgim həmişə olduğu kimi güclü qalır, bu ehtirası sizinlə bölüşmək fürsətinə görə minnətdaram. Xeyirxahlığınıza və dəstəyinizə görə təşəkkür edirəm!

Esteban”.