Mark Vebber: “Oskarın karyerasının formalaşmasında əsas rol oynadığımız və onun Formula1-ə yüksəlməsinə kömək etdiyimiz üçün qürur duyuruq ki, o bu qədər erkən mərhələdə liderlik uğrunda mübarizəyə başlaya bilsin.
Bu mövsüm trasdakı fəaliyyətimizdə iştirakımızın azalması ilə əlaqədar biz birlikdə qərara gəldik ki, hazırda müqaviləyə xitam vermək üçün uyğun zamandır. Bu, Oskara yeni menecerlərlə uğurlarını davam etdirməyə, bizə isə yeni layihələrə başlamağa imkan verəcək. Oskara ən xoş arzularımızı və uzun, uğurlu karyera diləyirik”.
Oskar Piastri: “Marka və Ennə uzun illər ərzində göstərdikləri bütün dəstəyə və məsləhətlərə görə təşəkkür etmək istəyirəm. Onların yönləndirmələri, xüsusilə də Formula1-dəki karyeramın əvvəlində əvəzsiz idi. Gələcəkdə onlara ən xoş arzularımı çatdırıram”.





