İshaq Həcər, Valtteri Bottas, Serxio Peres, Ləns Stroll və Niko Hülkenberq pit-leynin çıxışında start məşq prosedurunu pozduqlarına görə yarış xəbərdarlığı alıblar. Bottas və Stroll üçün bu, mövsümdə ilk yarış xəbərdarlığı olub, Həcər üçün ikinci, Hülkenberq üçün üçüncü, Peres üçün isə dördüncü olub.
Aleks Əlbon ikinci döngəni kəsdikdən sonra üçüncü döngədə Pyer Qaslinin önünə təhlükəli şəkildə trasa qayıtdığına görə yarış ərzində çəkdiyi beş saniyəlik cəza və iki cərimə balı alıb. Williams sürücüsünün son 12 aylıq dövr üzrə cərimə ballarının sayı indi 3-ə çatıb.
Bundan başqa, finişdən sonra stüardlar Şarl Lekler və Liam Louson arasında təkərlərin təmasına səbəb olan mübarizəni araşdırmaq üçün onları yanlarına çağırıblar.
Kimi Antonelli də pit-stopdan sonra komandanın onu Franko Kolapintonun önünə təhlükəli şəkildə trasa buraxmasına görə stüardların yanına çağırılıb.





