FİA-nın yarış üçün rəsmi hava proqnozu

FİA-nın San Pauluda proqnozu az miqdarda yağıntı ilə nəm asfaltda yarış vəd edir…

“Rütubətin daha da artacağı və temperaturun enəcəyi, günün ikinci yarısında isə fasiləsiz narın yağışın, çiskinin və ya dumanın yaranacağı gözlənilir ki, bu da yarışın gedişinə təsir göstərə bilər.

Yağıntının intensivliyi 1 səviyyəsində (çox zəif çiskin və ya duman) və ya daha aşağı qalacaq, lakin yağıntı olmayan fasilələrdə belə görmə məsafəsi zəif qala bilər.

Yağıntının nə vaxt başlayacağını və nə qədər davam edəcəyini dəqiq demək mümkün olmasa da, yarışa ya 0.5-1.0 səviyyəsində davamlı yağıntının, ya aşağı görmə şəraitinin, ya da hər iki amilin birlikdə təsir etməsi ehtimalı orta-yüksəkdir”, – deyə FİA-nın rəsmi proqnozunda bildirilib.

,