Lando Norris: Yağışlı yarışa ümid edirəm

Lando Norris İnterlaqosda yağışlı sıralanma turunu qazanıb və hesab edir ki, yarışda yağış ona daha yaxşı şans verəcək…

Lando Norris: “Yağışın yağması bizim üçün şans oldu, əks halda, çətin ki, sıralanma turunda qalib gələ bilərdim. Quru trasda maşına sürət çatmırdı. Elə yaş trasda da onun özünü necə göstərəcəyini təsəvvür etmirdim – bundan əvvəl bu maşınla yağışda mübarizə aparmamışdım, onun necə davranacağını bilmirdim.

Artıq sıralanma turunun ilk hissəsində məlum olub ki, sürət var, özümü çox inamlı hiss edirdim – nəticədə hər şey alındı. Quru trasda sürətə görə Mercedes-ə uduzurduq, amma yağış bizə şans verib və mən də bundan yararlanmışam.

Yeniliklər necə işləyib? Daha çox xırda detallarda. Xüsusi böyük fərq hiss etmədim. Birinci məşqdə elə gəlib ki, çox sürətliyik, amma sonra rəqiblər öz maşınlarından daha çox nəticə ala biliblər.

Amma yeniliklər işləyib. Maşın daha səmərəli olub. Onlar olmasaydı, daha yavaş olardıq. Komandaya minnətdaram ki, işi davam etdiriblər, mənə daha sürətli getmək və poul qazanmaq imkanı verməyə çalışıblar. Mən də bunu onlar üçün bacardığıma görə çox sevinirəm.

Ümid edirəm ki, yarış yağışlı keçəcək. Proqnoz bütün gün ərzində zəif yağıntı vəd edir. Əminəm ki, maraqlı yarış alınacaq. Bu həftəsonu intermediate təkərlərdə özümü sliklərdən daha inamlı hiss etmişəm, ona görə də şans var”.