Louson: Bizim maşın istənilən hava şəraitində sürətlidir

Liam Louson vaxtında keçid təkərlərinə keçib və karyerasındakı ən yaxşı nəticəsini təkrarlayaraq beşinci yeri tutub. O hesab edir ki, daha artığına nail ola bilərmiş…

Liam Louson: “Əla gün idi. Sıralanma turunda maşın sürətli idi, ikinci sessiyada aralıq təkərlərə vaxtında keçid etmişdik. Finalda liderlərlə mübarizə aparmaq şansı var idi, amma lazım olan fərqi yarada bilmədim. Bu, mənim günahımdır. Son sürətli dövrədə Alonsoya həddindən artıq yaxınlaşanda tempi azaltmalı oldum, əks halda daha sürətli dövrə vurmaq olardı.

Rəqiblərin cəzalarına görə yarışa üçüncü yerdən start alıram və yarışda bu mövqedən maksimum yararlanmağa çalışacağam. Bazar günü yağış yağsa, etiraz etmərəm, amma bilirik ki, maşın istənilən havada sürətlidir. Yarışı səbirsizliklə gözləyirəm!”