Liam Louson: “Əlbəttə, mən artıq Maks Ferstappenlə danışmışam, amma əvvəllər də çox ünsiyyətimiz olub. Sabah onun etdiklərinin hamısını diqqətlə izləyəcəyəm. Onun simulyatordakı işi ilə bağlı məlumatlar da məndə var və bunlardan istinad nöqtəsi kimi istifadə edə biləcəyəm.
Bilmirəm, bu vəziyyəti mənim üçün riskli saymaq olarmı. Hər halda, bu, qeyri-adi vəziyyətdir.
Mənim üçün mövsüm çox yaxşı keçir və Racing Bulls komandasında çıxış etməkdən zövq alıram. Bununla belə, bu həftəsonu başqa bir maşının sükanı arxasına keçmək və cəmi bir yarışdan söhbət getsə belə, komanda ilə yenidən işləmək fürsətinə sevindim”.
Liam bildirib ki, əvəzləmə xəbərini bazar ertəsi alıb: “Bazar ertəsi təyyarə yenicə yerə enmişdi və mən hələ təyyarədən düşməmişdim.
Məzuniyyətdən sonra Böyük Britaniyaya qayıtmışdım və düşünürdüm ki, məni Racing Bulls ilə mərhələyə adi hazırlıq gözləyir. Alan (Permeyn, Racing Bulls komandasının rəhbəri) mənə zəng edib nə baş verdiyini danışdı və beləliklə, həftəlik planlarım çox tez dəyişdi”.





