Baş vermiş hadisənin hallarını araşdırdıqdan, komandanın nümayəndələrini, sürücünü, idman direktorunu və FIA-nın texniki departamentinin əməkdaşlarını, o cümlədən FIA-nın texniki nümayəndəsini dinlədikdən sonra, stüardlar müəyyən ediblər ki, “sıralanma turunun ikinci sessiyasında sürətli dövrənin sonunda nəzarət xəttini keçdikdən sonra sürücü qaz pedalından ayağını dərhal çəkməyib. Nəticədə enerji rekuperasiya sistemi (MGU-K) gücünün tələb olunan azaldılması – reqlamentdə nəzərdə tutulan aşağımərhələli azalma təmin olunmayıb.
Komanda iddia edib ki, bu, sürətdə heç bir üstünlük verməyib, lakin aydındır ki, Texniki Reqlamentin tələblərinə əməl olunmaması belə üstünlüyün olmaması ilə əsaslandırıla bilməz. Bundan əlavə, reqlamentə əsasən, maşın bütün idman tədbiri ərzində reqlamentin tələblərinə cavab verməlidir.
Stüardlar qeyd ediblər ki, komanda bu pozuntu barədə özü məlumat verib. Bununla belə, çoxsaylı presedentlər var və onlar stüardları yüngülləşdirici hallardan asılı olmayaraq, maşın Texniki Reqlamentə uyğun gəlmədiyi hallarda diskvalifikasiya şəklində cəza tətbiq etməyə məcbur edir”.
Stüardlar ayrıca qərarla Liamа Lousonа 22-ci yerdən Mexiko Qran Prisi startına buraxıblar.





