“30 nömrəli maşının sürücüsü ikinci sıralanma sessiyasında ən sürətli dövrəsində finiş xəttini keçərkən MGU-K generatorun minimum gücü ilə bağlı tələbi pozub. Bu, Texniki Reqlamentin C5.12.6 və C5.12.7 maddələrinin pozulmasıdır”, – stüardların baxışına göndərilən rəsmi sənəddə bildirilib.
Əksər hallarda reqlament pozuntuları mümkün olan ən sərt şəkildə cəzalandırılır, bu isə, bir qayda olaraq, diskvalifikasiya ilə nəticələnir.





