İshaq Həcər rəsmi xəbərdarlıq alıb

Şənbə günü səhər Red Bull komandasının sürücüsü İshaq Həcər intizam qaydalarını pozmaqda şübhəli bilindiyi üçün Mexiko Qran Prisinin stüardlarının yanına çağırılıb.

Məsələ burasında olub ki, İshaq onunla selfi çəkdirmək istəyən azarkeşi kifayət qədər kobud şəkildə itələyib. Mexiko şəhərindəki Rodriges qardaşları adına avtodromun paddokunda baş vermiş bu xoşagəlməz epizodu əks etdirən video qısa zamanda sosial şəbəkələrdə yayılıb. Həm də aydın görünür ki, həmin azarkeş də özünü o qədər nəzakətli aparmayıb, amma bu, artıq başqa məsələdir.

Stüardlar sürücünü və komanda nümayəndəsini dinlədikdən, həmçinin mövcud bütün sübutları araşdırdıqdan sonra Həcərin davranışını FIA-nın Beynəlxalq İdman Məcəlləsinin 12.2.1.l maddəsinin pozuntusu kimi qiymətləndirib və ona rəsmi xəbərdarlıq veriblər.

Sürücünün sözlərinə görə, o, cümə günü ilk sərbəst yürüşün startına gecikirmiş, bu zaman paddok qonaqlarından biri özünü kifayət qədər aqressiv aparıb. Təhlükəsizlik xidməti əməkdaşı vaxtında müdaxilə edə bilməyib və İshaq azarkeşin qeyri-korrekt hərəkətlərinə özü reaksiya verməli olub.

Stüardlar bütün bunları yüngülləşdirici hallar kimi nəzərə alıblar və rəsmi xəbərdarlıqla kifayətləniblər.

,