Mexiko-2026: Lekler birinci sərbəst yürüşlərdə hamıdan sürətli olub

Mexiko Qran Prisinin ilk sərbəst yürüşündə eyni anda on əvəzləmə baş verib. Mövsüm sona yaxınlaşır, komandalar məcburi proqramı yerinə yetiriblər - mövsüm ərzində dörd sərbəst yürüşü gənc sürücülərə verməlidirlər. Yalnız Ferrari-də sükan arxasında iki əsas pilot çalışıb.

Aston Martin-də Cek Krouford Ləns Strollu, Haas-da Rio Hirakava Esteban Okonu, Mercedes-də Frederik Vesti Corc Rasselli, Red Bull-da Ayumu İvasa Maks Ferstappeni, Cadillac-da Kolton Herta Valtteri Bottası, Williams-da Lyuk Brauninq Aleks Əlbonu, McLaren-də Leonardo Fornaroli Lando Norrisi, Alpine-də Qabriele Mini Franko Kolapintonu, Audi-də Freddi Sleyter Qabriel Bortoletonu, Racing Bulls-da Nikola Tsolov Liam Lousonu əvəz edib.

Üç sürücü rəsmi yarış həftəsonu sessiyası çərçivəsində ilk dəfə Formula1 bolidinin sükanı arxasına keçib – Mini, Sleyter və Tsolov.

Üç əsas sürücü yüngül xəstələnib. Kimi Antonelli və Valtteri Bottas cümə axşamı mətbuatla ünsiyyəti buraxıb, Serxio Peres isə 300-cü Qran Prisində hansısa infeksiyaya yoluxduğu üçün fan-foruma gəlməyib. Komandalarda əmin olublar ki, bu narahatlıq onların həftəsonu sessiyalarında iştirakına təsir etməyəcək.

2026-cı il güc qurğuları ilk dəfə yüksək dağlıq şəraitdə işləyib, komandalar seyrək havada soyutma ilə bağlı narahat olublar – ilk məşqdə əsas mövzu da məhz bu olub.

Sessiyanın əvvəlində asfalt tozlu və sürüşkən olub. Tsolov təkərləri bloklayıb, Həcər, Herta, Piastri, Həmilton və Fornaroli otluğa çıxıblar. Tras hüdudlarını pozduqları üçün bir çox sürücünün dövrə vaxtı ləğv olunub.

Sleyter mexaniklərin sağ hava girişində unutduğu ventilyatora görə boksa qayıdıb, sonra isə uzun müddət boksda qalıb – mexaniklər mühərrik qapağını söküb bolid üzərində işləyiblər, amma fasilədən sonra Sleyter yenə trasa çıxıb.

Sessiyanın bitməsinə 14 dəqiqə qalmış Krouford bokslardan verilən göstərişlə bolidi trasda saxlayıb. Virtual təhlükəsizlik avtomobili rejimi elan olunub, marşallar bolidi kənara çəkiblər, Cek isə baş verənləri kənardan izləyib.

Vesti ikinci sektorun “eska”larında Saynsa mane olub, Lekler ilk döngədə Minini ötməyə çalışıb, amma Qabriel Şarlı görməyib və yol verməyib. Tsolovun isə kokpitdə ayağı o qədər keyiyib ki, boksa qayıdandan sonra onu yenidən hiss etmək üçün kəmərlərini açıb, ayağa qalxıb və hoppanıb.

Ən yaxşı nəticəni Şarl Lekler göstərib – o, dövrəni 1:18.128-ə başa vurub.

Birinci sərbəst yürüşlər

Sürücü Komanda Vaxt Fərq Dövrə
1. Şarl Lekler Ferrari 1:18.128 – 29
2. Kimi Antonelli Mercedes 1:18.787 + 0:00.659 30
3. Frederik Vesti Mercedes 1:18.861 + 0:00.733 24
4. Lyuis Həmilton Ferrari 1:18.866 + 0:00.738 25
5. Ayumu İvasa Red Bull 1:19.113 + 0:00.985 23
6. Pyer Qasli Alpine 1:19.210 + 0:01.082 33
7. Fernando Alonso Aston Martin 1:19.357 + 0:01.229 29
8. Oskar Piastri McLaren 1:19.376 + 0:01.248 30
9. Oliver Börman Haas 1:19.412 + 0:01.284 28
10. Arvid Lindblad Racing Bulls 1:19.478 + 0:01.350 30
11. İshaq Həcər Red Bull 1:19.545 + 0:01.417 21
12. Nikola Tsolov Racing Bulls 1:19.604 + 0:01.476 29
13. Niko Hülkenberq Audi 1:19.608 + 0:01.480 27
14. Qabriele Mini Alpine 1:19.946 + 0:01.818 22
15. Rio Hirakava Haas 1:19.982 + 0:01.854 30
16. Karlos Sayns Williams 1:20.006 + 0:01.878 31
17. Leonardo Fornaroli McLaren 1:20.235 + 0:02.107 25
18. Serxio Peres Cadillac 1:20.395 + 0:02.267 31
19. Cək Krouford Aston Martin 1:20.803 + 0:02.675 15
20. Lyuk Brauninq Williams 1:20.869 + 0:02.741 33
21. Freddi Sleyter Audi 1:20.945 + 0:02.817 14
22. Kolton Herta Cadillac 1:21.365 + 0:03.237 30
,