D.Rikkardo mühərrik dəyişəcək?

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, bərbad keçən sıralanma turundan sonra mühərriyi dəyişdirməyi düşünürlər.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Meksikada sıralanma turunda komanda yoldaşı Ferstappenin tempinə çata bilməyərək, 7-ci olub. Rikkardonun mühərriyi artıq 6-cı yarışını keçirir. Buna görə də yüksəkliyi çox olan Meksikada zəif performans göstərdiyi düşünülür.

Daniel Rikkardo: “Toro Rosso-nun bu həftəsonu yaşadığı problemlər bizim əlimizdəki mühərriklə bağlı şübhələr oyatdı. Bu həftəsonu sahib olduğum mühərrik ömrünün sonuna yaxınlaşır. Bu qədər yüksəkliyi olan trasda mühərriyin işləməsi çətinləşir. Bilirdik ki, burada bəzi risklər yaranacaq, amma indiyə qədər çox problem yaşadıq. Buna görə də bəzi alternativləri dəyərləndiririk.

İlk cərgədən başlasaq, bu barədə danışmazdım. Bu yerdən başlayıb qabağa getmək istəyərəm, amma məntiqli düşünmək lazımdır. Braziliyanı düşünsək, burada cəza almağım daha məntiqli olar. Çətin qərardır və düşünmək üçün az vaxtımız var”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*