Həmilton: Maşının özünü necə aparacağını təsəvvür etmirəm

Lyuis Həmilton Mexikoda poul qazanıb, lakin həftəsonu ərzində uzun məsafədə işləyə bilməyib - ikinci məşqdə maşın sıradan çıxıb və o, yarışda onun necə davranacağını bilmir…

Lyuis Həmilton: “Bu il məşqlərdə, demək olar ki, uzun seriyalarda sürməmişik. Qısa seriyalara həddindən artıq çox vaxt ayırmışıq, uzun seriyaları isə sonraya saxlamışıq – nəticədə optimal balansı tapa bildiyim heç bir uzun seriyam olmayıb.

Bu həftəsonundan əvvəl, çərşənbə günü brifinq keçirib, yaxşılaşdıra biləcəyimiz bütün məqamları, müxtəlif yanaşmaları, ötən yarışın dərslərini müzakirə etmişik və özümüzə demişik: “Bu həftəsonu mütləq yaxşı uzun seriya sürəcəyik”. Bu, bizim əsas prioritetimiz olub. Amma məşqdə maşın sıradan çıxıb.

Nəticədə digər sürücülərin trasda dövrələrini vuraraq necə şütüdüyünü izləməli olmuşam. Maşının tam yanacaq yükü ilə Meksikoda uzun məsafədə necə davranacağını təsəvvür etmirəm, hansı sazlamaların işləyəcəyini bilmirəm. Yarışdan əvvəl bütün məlumatlara sahib olmadan qərar qəbul etməli olacağıq. Ümid edirəm ki, bu qərar düzgün olacaq və yarışda maşın işlək diapazonda olacaq”.