Sesiyadan sonra komandada telemetriya vasitəsilə bəzi qovşaqlarda həddindən artıq qızma qeydə alındığını təsdiqləyiblər, buna görə də boliddə zədənin qarşısını almaq üçün sürücüdən dərhal dayanmasını istəyiblər.
“Soyutma sistemlərində anormal göstəricilər qeydə aldıq, buna görə maşını saxlamağı xahiş etdik. Yarışdan əvvəl bu vəziyyətin təkrarlanmaması üçün bəzi komponentləri dəyişəcəyik”, – deyə Honda motorçuları bildiriblər.





