F.Alonso da dəbilqəsinin şəklini yayımlayıb

Dəbilqənin yeni dizayn keçənilki ilə demək olar ki, eynidir.

F-1.az xəbər verir ki, komanda yoldaşı Censon Battonun dəbilqəsini təqdim etməsindən sonra Fernando Alonso da azarkeşlərini çox intizarda saxlamayıb və yeni dəbilqəsinin şəklini instagram hesabında yerləşdirib.

O, keçən il McLaren-ə keçdikdən sonra dəbilqəsinin dizaynında ciddi dəyişikliklər etdirmişdi. Yeni dəbilqənin ancaq üst tərəfinin şəklini yayımladığı üçün onun dizaynı barədə geniş məlumat vermək mümkün deyil. Lakin üst tərəfin dizaynında demək olar ki, heç bir dəyişikliyin olmadığını görürük. Yuxarı hissə göy rənglə dairəvi formada rənglənib. Yuxarı ön hissədə McLaren-in mühərrik tədarükçüsü Honda-nın loqotipi, yuxarı arxa hissədə isə Alonsonun sürücü nömrəsi olan 14 rəqəmi əks olunub…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*