18 Noyabr 2019, Bazar ertəsi - 12:18

F.Alonsonun mühərriyindəki problemi məlum olub

F.Alonsonun mühərriyindəki problemi məlum olub

Müəllif: Rauf Hacıyev, redaktor

17:57 - 18 May, 2016

İspaniya yarışında Honda mühərriyi yanacaq kəsmə rejiminə keçdiyi üçün Fernando Alonso yarışı vaxtından əvvəl dayandırmışdı.

F-1.az xatırladır ki, ispaniyalı sürücü öz ölkəsindəki yarışda xal qazanmaq istəyirdi. Alonso yarışa 10-cu yerdən başlamışdı və pis start aldıqdan sonra yüksələ bilməmişdi.

Yarışın 47-ci dövrəsinin 3-döngəsində Alonsonun maşınında mühərriyin gücü gedib və bunun nəticəsində sürücü yarışı vaxtından əvvəl dayandırıb. İspaniyalı sürücü bu hadisə baş verən zaman 12-ci yerdə idi.

Yarışdan sonra Honda bildirmişdi ki, onlar problemin nədən yarandığını tam olaraq bilmirlər. Aparılan araşdırmalardan sonra məlum olub ki, mühərrik yanacaq kəsmə rejiminə keçib.

Buna baxmayaraq, komanda hələ bilmir ki, mühərrik niyə bu rejimə keçib, çünki sensorlarda mexaniki cəhətdən heç bir problem tapılmayıb. Bundan başqa mühərrik bu rejimə keçməmişdən qabaq heç bir xəbərdarlıq da verilməyib.

Belə söz-söhbətlər var idi ki, Alonso başqa bir sensor problemini həll etmək üçün rejimi dəyişdirib və səhv rejimə keçib, amma bu iddialar öz təsdiqini tapmayıb. Bundan əlavə, hələ də bilinmir ki, Alonso sükandakı dəyişiklikləri bolid yavaşlayan zaman edib, yoxsa bolid dayanandan sonra edib.

Amma belə bir ehtimal var ki, yanacaq rejimi ilə bağlı problem bu mühərriyi Monakoda istifadə etməyə mane olmayacaq. Amma mühərriyi istifadə etməyə qərar verməmişdən əvvəl daha detallı araşdırma aparılmalıdır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 344
Teqlər ,
Paylaş

logo