Şarl Lekler: “Bu, şübhəsiz, həyatımda baş verən ən xüsusi hadisədir. Müəyyən mənada bunu gözləyirdim, mən həmişə gənc yaşda ata olmaq istəyirdim və biz Aleksandra ilə valideyn olmaq üçün doğru məqamın yetişdiyini hiss etmişik.
Bu, çox, çox xüsusi andır. Bu həftə ən pozitiv səbəblərlə yaddaşımda əbədi qalacaq. Əlbəttə, başqa hadisələr də olub, amma mənim üçün bu uik-end, eləcə də bütün bu həftə tamamilə Byankaya həsr olunub. Və bu, inanılmaz idi. Möhtəşəm!”





