Ferrari sürücüləri hər 3 test günündə işləyəcəklər

Ferrari də Bəhreyndəki mövsümöncəsi testlərdə hansı proqramla çıxış edəcəyini açıqlayıb.

F-1.az xəbər verir ki, Scuderia hər 3 gündə proqramı sürücülər arasında bölüşdürməyi planlaşdırıb.

Belə ki, SF-23 testlərin ilk iki günündə səhər Karlos Saynsa, günün ikinci hissəsində isə Şarl Leklerə təhvil veriləcək. Testlərin son gününün proqramını isə monakolu sürücü başladacaq, ispan sürücü davam etdirəcək.

Artıq 6 komandanın test proqramı məlumdur…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*