M.Binotto: Gücümüzü isbatladıq

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, Bakıda inkişaflarını təsdiqləyiblər.

F-1.az xatırladır ki, Ferrari komandası Monakodan sonra Bakıda da Leklerlə poul qazanaraq, azarkeşləri təəccübləndiriblər.

Mattia Binotto: “Monakodakı sürətimizi təsdiqlədik. Bura da şəhər tipli trasdır, amma Monakodan fərqlənir. Burada şərait fərqlidir. uzun düzlük var və hava küləklidir. Rəqiblərimiz nə edib bilmirəm, amma biz inkişafımızı təsdiqlədik və bu, vacib idi. Monako yavaş trasdır. Burada isə sürətli döngələr və uzun düzlük var. Buna görə də burada poul qazanmaq şansımız az idi. Bilirdik ki, çətin olacaq. Amma cümə günündə etibarən maşınımız yaxşı işlədi. Paketimiz də əla işlədi. Şarl əla dövrə vurdu və Karlos üçün məyusedici hal yaşandı. Bütün bunlara baxmayaraq, gözəl gün oldu.

Yarışda yaxşı performans göstərmək üçün hər şeyə sahibik. Lakin hər şey ola bilər. Amma bolidimiz həm sıralanma, həm də yarış tempində güclüdür. Yarış barədə nəsə demək çətindir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*