K.Sayns: İşlənmiş təkərlər daha yaxşıdır

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, işlənmiş təkərlər daha yaxşı işləyirlər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Ciddədəki sıralanma turunda üçüncü olub. Lakin o, son cəhdlərdən əvvəl işlənmiş təkərlərlə dövrə vursa da, birinci yerdə idi. Ancaq son cəhdlərdə həm Peresin, həm də Leklerin gerisində qaldı.

Karlos Sayns: “Üçüncü yeri tutduğum dövrəm yaxşı idi. Ən sürətli dövrəmi işlənmiş təkərlərlə vurdum, çünki işlənmiş təkərlər daha yaxşıdırlar. Yeni təkrəlrələ işləmək çətindir. Son sessiyadakı son cəhdimdə yeni təkrələr götürdüm və arxa tərəfdə asfaltla ilişmə yox idi. Bizi həyəcanlı yarış gözləyir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*