17 Noyabr 2019, Bazar - 13:28

M.Həkkinen: “Şarl vaxtında pitə alınmalı idi”

M.Həkkinen: “Şarl vaxtında pitə alınmalı idi”

Müəllif: Rauf Hacıyev, redaktor

19:19 - 19 Oktyabr, 2019

Formula1 üzrə ikiqat Dünya Çempionu Mika Həkkinen bildirib ki, Şarl Lekler Yaponiyada pitə gec getməklə təhlükəli vəziyyət yaradıb.

F-1az xatırladır ki, monakolu sürüfü Suzukadakı yarışın startında Ferstappenlə təmas yaşamış və ön qanadı zədələnmişdi. Lakin 22 yaşlı pilot trasda iki dövrə qalmış və bu əsnada qanadından qopan qırıntı əvvəlcə Həmiltonun güzgüzünü qırmış, sonra isə Norrisin bolidini zədələmişdi.

Mika Həkkinen: “Pitə vaxtında gəlməli idi. Çünki yerlə sürünən qanadla yarışa davam etmək mənasızdır. Performansı və təkərləri məhv dir. Belə olan halda isə trasda təhlükəli vəziyyət yaranır.

Yüksək sürətdə gedərkən ön və ya arxa qanadda problem yaşamamaq vacibdir. Unutmayaq ki, Roland Ratsenberq də 1994-cü ildə qırıq qanada görə öldü. Şarldan qopan qırıntılar Həmiltonun güzgüsünü sındırdı və bu, şanslı an idi. Başqa şeylər də ola bilərdi. Halonun nə qədər vacib olduğunu yenə anladıq.

Şarlda günah görmürəm. Maşın pis getmirdi və oturduğu yerdən qanad görünmür. Ferrari-nin komanda körpüsü vəziyyətə nəzarət etməli idi. Yarışdan sonra verilən cəza təəccüblü deyil”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 126
Teqlər , ,
Paylaş

logo