F.Massa: “Bottas gələcəkdə Dünya Çempionu ola bilər”

Williams komandasının sürücüsü Felipe Massa komanda yoldaşı Valtteri Bottas barədə danışıb...

F-1.az xəbər verir ki, Felipe Massa düşünür ki, Valtteri Bottas gələcəkdə Dünya Çempionu titulunu qazana bilər.

Qeyd edək ki, Felipe Massa 2 ildir xal hesabında Valtteri Bottasdan geri qalır.

Massa komanda yoldaşı barədə danışıb: “O qeyri-adi istedada sahibdir. Sürətlidir, ağıllıdır və çox çalışqandır. O hər dəfə özünü təkmilləşdirir və daha yaxşı ola bilər. Yarışlar və çempionluqlar qazana bilər.

Ancaq ümid edirəm ki, bu il ondan çox xal yığım”.

Xatırladaq ki, keçən il Valtteri Bottasın Ferrari-yə transfer olacağı barədə söz-söhbətlər yayılmışdı. Ancaq Ferrari sonradan Kimi Rəykkönen ilə olan müqaviləni daha bir il uzatmışdı.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*