İnterlaqosda dron qəzası FİA-da suallar doğurub

Şənbə günü San Paulu Qran Prisində yağışlı sıralanma turu zamanı FOM-un yayımda istifadə etdiyi, idarəetməni itirmiş televiziya dronu trasın üzərinə düşüb və bu, FİA-da haqlı narahatlıq doğurub.

Xoşbəxtlikdən, həmin anda trasda Formula1 maşınları olmayıb, dron təhlükəsizlik avtomobilinin arxasınca uçub və boş trasa düşüb. Sessiya dayandırıldığı üçün dronun operatoruna trasın sərhədini keçməyə icazə verilib – əsas hadisələr zamanı bu qadağandır, amma nasazlıq halında vəziyyət nəzarətdən çıxa bilər.

FİA və Formula1 bu insidenti araşdırıb dronlardan istifadəyə daha sərt məhdudiyyətlər tətbiq etmək üçün tədbir görəcək, baxmayaraq ki, bu texnologiya televiziya yayımı üçün yeni imkanlar açır.

, ,