FİA isti hava ilə bağlı xəbərdarlıq yayıb

Sinqapurda yarış həftəsonu başlamazdan əvvəl FİA komandalara isti hava şəraiti ilə bağlı rəsmi xəbərdarlıq yayıb - proqnoza görə, yarış həftəsonunun hər üç günü havanın temperaturu +30 dərəcəni ötəcək.

“Formula1 Reqlamentinin B1.5.10 maddəsinə uyğun olaraq, rəsmi meteoroloji xidmətdən həftəsonunun istənilən anında bu mərhələdə istilik indeksinin +31 dərəcəni keçəcəyi ilə bağlı proqnoz alındıqdan sonra yüksək temperatur təhlükəsi elan edilib”, – deyə FİA-nın dərc etdiyi sənəddə bildirilib.

Bu xəbərdarlıq, xüsusən də, komandalara sürücülər üçün soyuducu jiletlərdən istifadə etmək imkanı verib.

, ,