Auto Motor und Sport-un yazdığına görə, bu addım təhlükəsizlik səbəbilə atılıb. Üstəlik, digər telekanallar da bu nümunəni izləyə bilərlər. Əbu Dabi ilə bağlı qərar isə hələ qəbul olunmayıb. Bu vəziyyətdə Sky Deutschland-in briqadası gələn həftəsonu yarışı Bavariyanın Unterföhring şəhərində yerləşən studiyasından işıqlandırmağı planlaşdırıb.
Digər alman nəşri Bild-in məlumatına görə, bir neçə Avropa telekanalı da jurnalistlərini Qətərə göndərməkdən çəkinməyi planlaşdırıb – bu siyahıda Fransanın Canal+, Avstriyanın Servus TV və İspaniyanın DAZN kanallarının adı çəkilib.
Həmçinin bildirilib ki, Böyük Britaniyanın Sky Sports və Sky Italia rəhbərliyi də oxşar qərar qəbul edə bilər, lakin hələlik öz mövqelərini açıqlamayıblar.
Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığı Formula1 komandalarının əməkdaşları da ifadə ediblər, amma hələlik heç kim Qətərə və Əbu Dabiyə ezamiyyətdən imtina etməyib. Auto Motor und Sport-da mətn belə yekunlaşıb: “Komandalara bu iki Qran Prinin gətirəcəyi pul lazımdır. Onlar yalnız iki yarışda iştiraka görə 100 milyon dollardan çox gəlir əldə edəcəklər”.





