Doqquz maşında güc qurğusunun elementləri dəyişdirilib

FİA doqquz maşında güc qurğusunun komponentlərinin dəyişdirildiyini təsdiqləyib. Bir çox sürücü cərimə alacaq.

Yeni daxiliyanma mühərrikini Piastri (5-ci), Antonelli (6-cı) və Börman (5-ci) alıblar. Yeni turbini isə Piastri, Norris, Antonelli, Əlbon, Qasli və Kolapinto (4-cü), Sayns və Börman (5-ci) quraşdırıblar.

Bundan başqa, Norris, Antonelli, Əlbon, Sayns, Alonso, Börman, Qasli və Kolapinto yeni qazburaxma sistemi alıblar. Börmanda həm də MGU-K dəyişdirilib, Strollda isə batareya və idarəetmə elektronikası bloku yenilənib.

Bu həftəsonu start düzlüyü  sıralama turunun nəticələrindən ciddi şəkildə fərqlənəcək.

, , , , , , , , , , ,