Şarl Lekler: “Mən o məqaləni görmüşəm. Orada işlədilən söz seçimi məni kifayət qədər təəccübləndirib, amma bundan başqa deyəcək xüsusi bir sözüm yoxdur.
Akkreditasiyanın ləğvi qərarına gəlincə, əlbəttə, mənim bununla heç bir əlaqəm yoxdur və əlavə edəcək çox da nəyim yoxdur. Yalnız onu deyə bilərəm ki, biz, Formula1 sürücüləri, tənqidə öyrəşmişik. Belə tənqidə yox, ümumilikdə tənqidə və tənqidçilərə.
Şübhəsiz, jurnalistlərin işi narahat suallar vermək və bəzən sərt başlıqlar yazmaqdır, amma söz seçimi məni təəccübləndirib”.
Şarl Lekler əlavə edib ki, onun, Lyuis Həmilton və Frederik Vassyör arasında Mexiko Qran Prisinin ilk dövrəsində baş vermiş mübahisəli epizodla bağlı müzakirə çox çəkməyib və bundan sonra onlar komanda yoldaşı ilə tez bir zamanda başqa mövzulara keçiblər.
“Düşünürəm ki, bütün bunlar həddindən artıq şişirdilib, – deyə Şarl Lekler davam edib. – Mən Ferrari-də çıxış etdiyim illər ərzində buna artıq öyrəşmişəm, amma belə vəziyyətlər çox vaxt şişirdilmiş şəkildə təqdim olunur.
Əlbəttə, məqsədimiz həmişə bir-birimizlə razılaşmaq olmur və bu, mümkün də deyil. Məsələn, Mexikoda olduğu kimi, fərqli fikirlərimiz ola bilər. Ancaq münaqişəni həll etmək üçün sadəcə danışmaq kifayətdir və bu, bizim üçün tamamilə normaldır.
Mən demirəm ki, mütləq bir saat söhbət etməli idik, hərçənd sonda görüş o qədər də çəkib. Sadəcə, bu bizə maraqlı gəlib və komandaya irəliləməkdə necə kömək edə biləcəyimizi anlamağa çalışaraq bir çox başqa məsələləri də müzakirə etməyə başlamışıq.
Mübahisəli vəziyyətin müzakirəsi yəqin ki, beş və ya on dəqiqə çəkib, bundan sonra isə artıq heç bir anlaşılmazlıq qalmayıb. Bütün məsələ bundan ibarətdir”.





