05 Dekabr 2019, Cümə axşamı - 21:12

Rusiya-2019: Sıralanma turu

Rusiya-2019: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

17:17 - 28 Sentyabr, 2019

Bu həftəsonuna Soçiyə olan hava proqnozu özünü hələ ki, doğrultmayıb – dünən və bu gün sessiyalar vaxtında yağıntı gözlənilsə də, həm üçüncü məşqlər, həm də sıralanma turu quru havada baş tutub.

F-1.az xatırladır ki, cümə günü ilk məşqlərdə Lekler, ikinci məşqlərdə isə Ferstappen ilk yeri tutub. Bu gün səhər Lekler yenidən hamıdan üstün olub.

Soçi avtodromunda ötmələr az olduğundan, sıralanma turu böyük əhəmiyyət daşıyır. Beş sürücünün – Red Bull, Toro Rosso pilotları və Kubitsanın güc qurğusundakı dəyişikliklərə görə startda yer itirəcəyi əvvəlcədən məlum olub.

Pirelli bu il bir çox yarışda olduğu kimi, bura da orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib.

İlk sessiyada Ferrari sürücüləri Medium, digərləri isə Soft təkərlərlə trasa çıxıblar. Kubitsa və Qasli trasdan çıxsalar da, maşını zədələmədən qayıda biliblər. 12-ci dəqiqədə Elbon 13-cü dövrədə səhvə yol verərək baryerlərlə toqquşub və sessiya qırmızı bayraqlarla dayandırılıb. Fasilə 6 dəqiqə davam edib. Fettel ilk cəhddə nəricə göstərə bilməsə də, ikinci cəhdində Soft təkərlərlə 1:33.032-lik nəticə ilə ən sürətli olub. Mübarizəni sıralanma turuna çıxa bilməyən Kvyat, qəza edən Elbon və Williams sürücüləri ilə yanaşı, Rəykkönen də dayandırıb.

İkinci sessiyada isə Medium təkərləri Mercedes sürücüləri seçərək sabah fərqli strategiyadan istifadə edəcəklərini göstəriblər. Digər sürücülər Soft təkərlərlə boksları tərk ediblər. Leklerin ilk cəhddəki 1:32.434-lük nəticəsi ən sürətli olaraq qalıb – Fettel kifayət qədər yaxşı dövrə vursa da, ona çata bilməyib. Stroll, Maqnussen, Covinatsi, Peres və Qasli üçün mübarizə başa çatıb.

Son sessiyada hamı Soft təkərlərlə çıxıb. Şarl Leklerin ilk cəhdi hamıdan uğurlu olub – 1:31.801. İkinci cəhdinsə isə daha da sürətli olaraq bu gün ən yaxşı olduğunu göstərib – 1:31.628. Beləliklə, monakolu sürücü mövsümdə və karyerasında 6-cı, ardıcıl isə 4-cü poulunu əldə edib. Ona 0.402 saniyə uduzan Həmilton ilk cərgədən başlamağa haqq qazanıb. Fettel isə cəmi 0.023 fərqlə Lyuisə məğlub olub. Sabahkı yarışa onun yanından Bottas başlayacaq. Üçüncü cərgə isə Sayns və Hülkenberqindir…

Yarış sabah Bakı vaxtı ilə 15:10-da start götürəcək.

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
116Şarl LeklerFerrari51:33.613611:32.43451:31.6287
244Lyuis HəmiltonMercedes AMG21:33.230641:33.13461:32.0307
35Sebastyan FetelFerrari11:33.032921:32.53661:32.0537
433Maks FerstappenRed Bull31:33.368331:32.63461:32.3106
577Valtteri BottasMercedes AMG41:33.413751:33.28161:32.6325
655Karlos SaynsMcLaren81:34.184881:33.80761:33.2226
727Niko HülkenberqRenault101:34.2363101:33.89861:33.2896
84Lando NorrisMcLaren91:34.201871:33.72561:33.3016
98Roman QrojanHaas111:34.283761:33.64361:33.5176
103Daniel RikkardoRenault71:34.138691:33.86261:33.6616
1110Pyer QasliToro Rosso141:34.4568111:33.9505
1211Serxio PeresRacing Point131:34.3368121:33.9586
1399Antonio CovinatsiAlfa Romeo151:34.7558131:34.0376
1420Kevin MaqnussenHaas61:33.8898141:34.0825
1518Ləns StrollRacing Point121:34.2878151:34.2336
167Kimi RəykkönenAlfa Romeo161:34.8408
1763Corc RassellWilliams171:35.3568
1888Robert KubitsaWilliams181:36.4748
1923Aleksander ElbonRed Bull191:39.1974
2026Daniil KvyatToro Rosso200

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 298
Teqlər , , , , , , ,
Paylaş

logo