Mexiko Qran Prisi ilk cümə sərbəst yürüşündə italyan sürücü sükan arxasında Franko Kolapintonu əvəz edəcək. İkinci sessiyada argentinalı sürücü yenidən A526-nın sükanı arxasına qayıdacaq.
Qabriele Mini: “A526-nın sükanı arxasına keçmək və ilk dəfə Formula1-in sərbəst yürüşündə iştirak etmək fürsətini səbirsizliklə gözləyirəm. Mən artıq bir neçə ildir Alpine gənclər proqramının üzvüyəm və gənc seriyalarda çıxış edirəm, buna görə də yarış həftəsonu çərçivəsində rəsmi sessiyada iştirak etmək mənim üçün xüsusi hadisə olacaq. Mənə göstərilən etimada və yaradılan bu imkana görə Flavio Briatore, Stiv Nilsen və bütün komandaya təşəkkür etmək istəyirəm.
Qarşıdakı məşqə hazırlaşmaq üçün Enstoundakı bazada çox çalışdım, simulyatorda işlədim və mühəndislərlə birlikdə tam hazır olmaq, trasda işimi yaxşı görmək üçün bütün vacib məqamları nəzərdən keçirdim.
Məqsədim məşqi mümkün qədər yaxşı keçirmək, faydalı məlumatlar toplamaq və komandaya geribildirim verməkdir. Ümid edirəm ki, bu, Pyer və Frankonun xal uğrunda mübarizə aparacağı həftəsonuna hazırlıqda kömək edəcək”.



