Mexikoda müqavilənin uzadılacağına əmindirlər

Hazırkı müqavilə Mexiko Qran Prisinin 2028-ci ilin sonunadək keçirilməsini nəzərdə tutur. Formula1-də əməkdaşlığı yalnız müqavilə şərtlərinə yenidən baxılacağı təqdirdə davam etdirməyə hazırdırlar - təqvimə düşmək istəyənlər çoxdur, lakin Mexikoda razılığa gələ biləcəklərinə inanırlar.

Federiko Qonsales, Qran Prinin baş direktoru: “Düşünürəm ki, müqavilənin uzadılması üçün yaxşı şanslarımız var, biz bunu təsdiqləməyi və bu ilin sonunda və ya gələn ilin əvvəlində imzaları qoymağı ümid edirik.

Bizim Formula1-lə yaxşı münasibətlərimiz var, onlar Mexiko Qran Prisidən çox razıdırlar, şəhər də razıdır. Bu, turizmin inkişafı üçün yaxşı platformadır, iqtisadi fayda gətirib və Meksikanın tanınmasını artırır. Bu Qran Pri bizim xeyrimizə işləyir.

Formula1-də bizim mərhələni tez-tez əla təşkilatçılıq və qonaqpərvərlik nümunəsi kimi göstərirlər. Bu da gələcəkdə mərhələni qəbul etməyə davam edəcəyimizə inamı artırır”.

,