D.Kvyat cərimələnib

Toro Rosso komandasının sürücüsü Daniil Kvyat stüardlar tərəfindən 10 saniyə cərimələnib.

F-1.az xatırladır ki, yarışın son dövrələrində Kvyat və Hülkenberq 9-cu yer uğrunda mübarizə aparıblar. Stadion bölgəsinin çıxışında rəqibinə hücum edən rusiyalı sürücü Hülkenberqin sağ arxa təkərinə təmas edib. Nəticədə almaniyalı sürücünün maşını zədələnib və finişə 11-ci yerdə keçib. Kvyat isə 9-cu yeri tutub.

Yarışdan sonra hadisəni araşdıran stüardlar Kvyatın nəticəsinə 10 saniyə əlavə ediblər. Beləliklı, rusiyalı sürücü 11-ci yerə geriləyib. Qasli 9-cu, Hülkenberq 10-cu yeri tutub.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*