Vassyör: Əvvəlcə yaxşı start almaq lazımdır

Frederik Vassyör Mexiko Qran Prisinin startı ərəfəsində Sky Sports-un efirində yarışla bağlı gözləntilərini bölüşüb. Bu yarışda Lyuis Həmilton pouldan start alır. Bu trasda sonuncu dəfə Ferrari sürücüsü ilk mövqedən start alıb və finişə də birinci çatıb - bu, iki il əvvəl baş verib və həmin sürücü Karlos Sayns olub.

“Ha, heç kim Lyuisin qalib gəlib-gəlməyəcəyini bilmir, – deyə İtaliya komandasının rəhbəri gülümsəyib. – Hər şeydən əvvəl yaxşı start almaq lazımdır və hazırda bütün diqqətimizi bu vəzifənin həllinə yönəltmişik, sonrası isə bəlli olacaq. Amma start və birinci döngəyə doğru sürətlənmə yarışın çox maraqlı anı olacaq”.

Görünür, Lyuis işlədilmiş təkər dəsti ilə start alacaq, onun arxasında yer alan maşınlarda isə təzə təkər dəstləri var, amma Vassyör hesab edir ki, bunun təsiri olmamalıdır: “Düşünürəm ki, yarışın əvvəlində xüsusi fərq olmayacaq, çünki trasın örtüyü çox da abraziv deyil, buna görə narahatlığa əsas yoxdur”.

,