Lyuis Həmilton: Əminəm, bizdə hər şey alınacaq

Pouldan start alan Lyuis Həmilton qələbəyə ümid edib, amma Ferrari sürücüsü Meksikada yarışı ikinci yerdə başa vurub. Finişdən sonra britaniyalı startda komanda yoldaşının hərəkətlərindən şikayətlənib…

Lyuis Həmilton: “Bütün tribunalar dolu idi. Möhtəşəm qarşılanma oldu. Azarkeşlərə təşəkkür etmək, həmçinin Kimi Antonelli və Mercedes komandasını çempionluq titulu münasibətilə təbrik etmək lazımdır. Tarixin ən gənc dünya çempionudur. Bu, sadəcə inanılmazdır! Bunun bir parçası olduğum, bu uğurun şahidi olduğum üçün xoşbəxtəm.

Bizim üçün gün ağır alınıb. Düşünürəm ki, bu gün qələbə qazanacaq sürətimiz var idi, amma qalib gəlmək mümkün olmayıb. Təhlil aparacağıq və nələri daha yaxşı edə biləcəyimizi müəyyənləşdirəcəyik.

Pilotların brifinqində qərara almışdıq ki, əgər birinci döngədə trasdan çıxırsansa, mövqeyi qaytarmalısan. Keçən il Şarlın etdiyi eyni şeyə görə mənə 10 saniyə cəza verilib, bu gün isə bu, mənə qələbəyə başa gəlib. Düşünürəm ki, bununla bağlı pərdəarxasında ciddi danışmalıyıq.

Komanda işləyir, bu gün köhnə mühərrikdən istifadə etmişik, amma yaxşı nəticə əldə etmişik, yaxşı xallar qazanmışıq. Təəssüf ki, qələbə qazana bilmədik, amma bilirsiniz, həmişə kimsə udur, kimsə uduzur.

Ümid edirəm ki, gələn il onlarınla həqiqətən rəqabət aparmağa imkan verəcək mühərrikimiz olacaq. Bu il onlar düzlükdə bizi sadəcə ötüb keçirdilər. Əminəm ki, hər şey alınacaq. Mən komandaya inanıram”.