Valtteri Bottas əmindir ki, Cadillac-da qalacaq

Valtteri Bottas onun yerinə növbəti mövsümdə Cadillac-ın heyətində Kolton Hertanın çıxış edəcəyi ilə bağlı şayiələrə münasibət bildirib. Finlandiyalı sürücü 2027-ci ildə də komandada çıxışını davam etdirəcəyinə "kifayət qədər əmindir".

“Bu barədə deməyə elə də çox sözüm yoxdur, – deyə Valtteri Bottas mümkün əvəzlənmə ilə bağlı şərh istənilərkən cavabına bu sözlərlə başlayıb. – Hazırda vəziyyət belədir ki, müxtəlif şayiələr yayılır, amma zaman keçdikcə hər şey aydınlaşacaq.

Müqavilədə nələrin qeyd olunduğunu bilirəm, buna görə də kifayət qədər arxayınam. Növbəti il komandada kimin çıxış edəcəyi mənə hər zaman məlum olub.

Əlbəttə, Serxio ilə müqavilə daha uzun müddətə uzadılıb, məndə isə hələlik belə bir uzadılma yoxdur. Amma istənilən böyük şirkətdə belə qərarlar direktorlar şurasının iclasında qəbul olunur. Düşünürəm ki, bu, yaxın vaxtlarda baş verəcək. Güman edirəm, hər şey sadəcə ABŞ-dakı ən yüksək rəhbərlik tərəfindən təsdiqlənməlidir.

Yarışlarda etdiyim yeganə şey sadəcə verilən təlimatlara əməl etməkdir. Bəzən onlar son dərəcə konkret olur – nəyin bahasına olursa-olsun finişə çatmaq. Mən də məhz bunu edirəm. Elə vəziyyətlər olur ki, resursları düzgün bölüşdürmək lazımdır, hücum etmək anı çatanda isə hücum edirəm. Keçən mərhələdə də məhz belə olub, mən də maksimumumu ortaya qoymuşam”.