V.Bottas yeni dəbilqəsini təqdim edib

Alfa Romeo komandasının sürücüsü Valtteri Bottas 2023-cü ildə istifadə edəcəyi dəbilqəni təqdim edib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü bu il Alfa Romeo ilə ikinci mövsümünü keçirir. 33 yaşlı pilot sosial media üzərindən bu il istifadə edəcəyi dəbilqəni təqdim edib.

Keçən il olduğu kimi bu il də Valtterinin dəbilqəsini sevgilisi Tiffani Kromvel dizayn edib. Dəbilqədəki ən böyük dəyişiklik isə qırmızı olan hissələrin qaraya boyanmasıdır. Lakin dəbilqədə finlandiya bayrağının rəngləri olan ağ və mavi qorunub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*