V.Bottas: Çjou az səhv etdi

Alfa Romeo komandasınınn sürücüsü Valtteri Bottas bildirib ki, Quanyu Çjou debütabt mövsümündə güclü olub.

F-1.az xatırladır ki, keçən il Alfa Romeo ilə Formula1-də debüt edən Çjou az xal toplasa da, performansı debütanta görə yaxşı idi. Çinli sürücü mövsümü 6 xalla bitirmiş və ən yaxşı nəticəsi Kanada yarışında əldə etdiyi səkkizincilik olmuşdu.

Valtteri Bottas: “Çjounun keçən il ən yaxşı tərəfi səhv etməməsi idi. Debütant sürücülər həmişə səhvə meylli olurlar. Bu idmanda çətin şeylər sınayıb, axmaq səhvlər etmək asandır. Ancaq o təkmilləşdi və bolidə qarşı tələbkar olmağa tələsmədi. Həm sıralanma, həm də yarış tempində addım-addım təkmilləşdi.

Bundan başqa texniki savadı yaxşılaşır. Düzgün sazlanmalar seçə bilir. Bir yerdə yaxşı işləyirik. Böyüməyə çalışan komanda üçün bu vacibdir, çünki trasda sizə təmas edən komanda yoldaşı bir işə yaramır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*