V.Bottas: Titrəməkçün darıxmışdım

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, boliddən maksimumu alıb.

F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümün ilk qran prisi olan Avstriyada tras rekordu qıraraq poul qazanıb.

Valtteri Bottas: “Sıralanma turundan sonra özümü qəribə hiss edirdim. Ancaq indi titrəyirəm, çünki boliddən maksimumu aldım. Bu hiss üçün çox darıxmışdım. Bolidi limitlərdə sürdükdən sonra titrəmək gözəl hissdir və bununçün çox işləmişdim. Bundan artıq söz deyə bilmərəm. Komandamız inanılmaz iş görüb. Özümüzə aid liqamız var.

Sessiyanı yaxşı nəticə ilə bitirdik və təsiredici nəticə qazandıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*