18 Dekabr 2018, Çərşənbə axşamı - 15:48

T.Volff: “Ferrari-nin problemləri bizim xeyrimizədir”

T.Volff: “Ferrari-nin problemləri bizim xeyrimizədir”

Müəllif: Rauf Hacıyev, redaktor

20:42 - 19 Aprel, 2016

Mercedes Motorsport-un direktoru Toto Volff bildirib ki, Ferrari komandasının etibarlılıq probleminə görə mühərriyin gücünü azaltması onların xeyrinədir…

F-1.az xatırladır ki, Ferrari komandası mövsümə böyük ümidlərlə başlasa da, turbinlə bağlı problemlər yaşayır və belə bir şayiə gəzir ki, italyanlar mühərriyi maksimum gücdə istifadə etmirlər.

Toto Volff: “Ferrari bu həftəsonu mühərriyi qorumaqla məşğul oldu. Mühərriyi Bəhreyn yarışına nisbətən çox qorudular. Amma onlar qısa müddət ərzində mühərriyi tam gücdə istifadə edəcəklər.

Yarışın əvvəlində Ferrari sürücüləri bir-birləri ilə insident yaşadılar və bu onların yarışına təsir etdi. Fettelin ön qanadı yarışda iki dəfə zədələndi.

Birinci dövrədəki vəziyyətlərindən sonra yarışı 2-ci və 5-ci yerdə bitirdilərsə, buna görə sevinməlidirlər. Biz onları güclü rəqib və təhdid kimi görürük”.

Niko Rosberq ilk 3 yarışda qalib gəlməsinə baxmayaraq, Volff bildirib ki, hələ heç bir şey dəqiq deyil: “Mövsümün əvvəlində maksimum həddə xal qazanmaq çox vacibdir. Aradakı fərq böyük olsa da, hələ ilk günlərdəyik.

Hələki 3 yarış keçirilib və 18 yarış qalıb. Həmilton zehni cəhətdən çox güclüdür. Ona görə də, əminəm ki, mövsümün sonunda onlar yaxı olacaqlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 210
Teqlər , , , , ,
Paylaş

logo