M.Ferstappen Mercedes-ə keçir?

Bəzi iddialara əsasən Maks Ferstappenin atası Yos Ferstappen oğlunun Mercedes komandasına keçidi üçün almanlarla danışıqlar aparıb

F-1.az xatırladır ki, hollandiyalı sürücü bu il keçirilən 12 yarışın 6-da mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu. Buna görə də Yos oğlunu Mercedes komandasına keçirmək istəyir. İddialara əsasən, ata Ferstappen Montsada “gümüşü oxlar”-la danışıqlar aparıb. Deyilənə görə, Yos əvvəlcə Marko və Lauda ilə məsələni müzakirə edib, Lauda isə daha sonra Marko və Horner ilə ayrılıqda danışıb.

Niki Lauda: “Bu şayiələr sadəcə axmaqlıqdır. Ferstappenin Red Bull ilə 2019-cu ilin sonuna kimi müqaviləsi var. 2020-ci ildən tez ayrılması mümkünsüzdür. İki il də oradadır. O vaxta kimi çox şey ola bilər”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*