20 Sentyabr 2019, Cümə - 01:17

Mercedes-də mühərrik problemi var?

Mercedes-də mühərrik problemi var?

Müəllif: Rauf Hacıyev, redaktor

19:28 - 15 Mart, 2017

Məşhur Formula1 jurnalisti Leo Turini iddia edir ki, Mercedes komandası testlər ərzində mühərriklə bağlı problemlər yaşayıb.

F-1.az xatırladır ki, almanlar qış testlərində 1096 dövrə vurmuşdular, amma Ferrari komandasına yaxınlığı ilə tanınan Leo Turini iddia edir ki, Mercedes-də etibarlılıq problemləri var: “Mənə elə gəldi ki, Mercedes Barselonada mühərriklə bağlı problem yaşayıb. Ciddi bir şey deyil, amma Bottasla Həmilton bolidi tam güclə sürə bilmədilər.

Amma Mercedes problemi Melburna qədər həll edəcək. Ferrari də vəziyyətdən xəbərdardır və buna görə də “gümüşü oxlar”ın önündə olduğuna inanırlar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 742
Teqlər , ,
Paylaş

logo