11 Dekabr 2018, Çərşənbə axşamı - 02:18

D.Kvyat: “Ferrari sürücüləri cəzalarını çəkdilər”

D.Kvyat: “Ferrari sürücüləri cəzalarını çəkdilər”

Müəllif: Rauf Hacıyev, redaktor

09:13 - 28 Aprel, 2016

Red Bull komandasının sürücüsü Daniil Kvyat Çindəki yarışın startını izlədikdən sonra bildirib ki, orada yaşanan insidentin günahkarı Sebastyan Fettel olub…

F-1.az xatırladır ki, Sebastyan Fettel Çin yarışının startında ilk döngəni geniş radius ilə almışdı və Kvyat bundan istifadə edərək, almaniyalı sürücüyə hücum etmişdi. Fettel isə bu hücumu gözləmədiyindən özünü qorumaq üçün bolidini sola çəkəndə, komanda yoldaşı Kimi Rəykkönenə çırpılmışdı. Yarışdan sonra isə Sebastyan Fettel Kvyata öz iradlarını bildirmişdi.

Daniil Kvyat: “Bunu görmək istəməsəm də, video hər yerdə çıxıb. Buna görə də görməli idim.

Orada bütün rəqabətədavamlı sürücülər eyni hərəkəti edərdi və mən də rəqabətədavamlı sürücüyəm. Sözün açığı, 1-ci döngədə qəribə hadisələr oldu, amma yarışın birinci dövrəsində hər şey ola bilər və buna hazır olmalısınız.

Ferrari sürücüləri buna hazır deyildilər və cəzalarını çəkdilər.

Videoya baxsanız, görərsiniz ki, mən hamıdan əvvəl əyləcə basmışam. Hamı birinci döngəyə sürətlə girdi. Belə olan halda, daxili trayektoriya boş qaldı. Xarici trayektoriyada asfalta ilişmə az idi.

Daxili trayektoriyada asfalta ilişmə daha yaxşı idi və buna görə rəqiblərimə təşəkkür edirəm. İnsident barədə ancaq bunu deyə bilərəm.

Bu barədə bütün sürücülər öz fikirlərini dedilər. Yaxşı müzakirə oldu, amma söhbət artıq bağlanıb və gələcəkdəki yarışlara fokuslanmalıyıq. Amma bu hadisələr Formula1 üçün yaxşı oldu.

Yarışdan sonra hamının emosianallığı son həddə olur. Dördqat Dünya Çempionu olan bir sürücü öz hisslərinə hakim oldu və bu yaxşı haldır.

İndi nə deyəcək bilmirəm, amma yarışdan sonra əsəbləşmişdi və bu labüddür.

Bu mənim fikirlərimdir. O da öz fikirlərini dedi. Mən də öz fikirlərimin doğruluğuna inanıram. Onun indi nəyə inandığını bilmirəm.

Həmişə bir-birimizə hörmət edəcəyik və aramızda heç bir problem yoxdur. Yenə olsa, yenə edərəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 408
Teqlər , , , ,
Paylaş

logo